Azərbaycan dilinin saflığı
Azərbaycan Respublikası Təhsil Nazirinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması" ilə bağlı 15.01.2019-cu il tarixli F-20 nömrəli əmrinin 5-ci bəndinin icrasının təmin edilməsi, şagirdlərin nitq mədəniyyətinin formalaşdırılması və yeni istedadların üzə çıxarılması məqsədi ilə 20.02.2019-cu il tarixində məktəbimizdə V-VIII sinif şagirdləri arasında Beynəlxalq Ana dili gününə həsr edilmiş şeir müsabiqəsi keçirildi. Müsabiqənin qalibi 8d sinif şagirdi Məşədiyev Emin rayon turuna vəsiqə qazandı.