Bilik günü

15 sentyabr tarixində bir çox məktəblərdə olduğu kimi Xətai rayonu 245 nömrəli məktəbdə də "Bilik günü" qeyd olundu. 

Bayram əhval ruhiyyəsini paylaşmaq üçün tədbirə Qarabağ Əlilləri cəmiyyətinin Xətai rayon təşkilatının sədri Fuad Salahov, Xətai rayonu Əmək veteranları cəmiyyətinin sədri Nəcibə xanım, məktəbin məzunları dəvət olunmuşdular.

Qonaqlar məktəbə ilk dəfə qədəm qoyan balaca balaları,yeni dərs ilinə başlayan məktəbliləri, tələbələri və bütün müəllimləri Bilik Günü münasibətilə təbrik edib, əziyyətli, eyni zamanda şərəfli yolda  bol uğur və qələbələr arzuladı. tədbirdə həmçinin məktəbin 2014-ci ildə qızıl medal alaraq məzunu olmuş  Həsənzadə Jalə və onun bacısı 2018-ci ilin məzunu qəbul imtahnında 696 bal toplayaraq BDU-nin hüquq fakultəsinə qəbul olunmuş Prezident təqaüdçüsü Həsənzadə Lalə də iştirak etdilər. 

bu il 245 nömrəli tam orta məktəbin I sinfinə Azərbaycan bölməsinə 168, rus bölməsinə isə 118  şagird qəbul olunub. Məktəb məzunlarının ali məktəbə qəbul faizi 78%.

Məktəblilər qonaqları şer, mahnl və rəqslərlə sevindirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi