Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri əsasında BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası  Məntiq Olimpiadası  keçirilib. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Olimpiadada 245 nömrəli məktəbin şagirdləri də iştirak edib və uğur əldə ediblər.Fərqlənən 6a sinif şagirdləri  Əliyev Sahib, Qasımzadə Qasım, Məmmədli Fidan, Quluzadə Ülkər, Abbaszadə Aqşin və Səfərova Aysunu təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi