"Oxu savadı və oxu strategiyaları" mövzusunda dəyirmi masa təşkil edilmişdir
10 noyabr tarixində TTİ üzrə direktor müavini L. H. Cəbrayılova ibtidai sinif müəllimləri ilə "Oxu savadı və oxu strategiyaları" mövzusunda dəyirmi masa təşkil etmiş, bu mövzu ilə bağlı müzakirələr aparmışdır. "Şagirdlər nə bilir və nəyi etməyi bacarır" mövzusunun müzakirəsinə daha çox önəm verilmişdir. Sonda dəyirmi masa oxu savadının tərifi ilə yekunlaşmışdır: Oxu savadı anlayışı şəxsin məqsədlərinə nail olması, bilik və potensialını artırması və cəmiyyətdə iştirak etməsi üçün yazılı mətnlərin başa düşülməsi, onlardan istifadə edilməsi və fikrin ifadə edilməsidir.