3a sinfinin şagirdləri "Yaşasın hüquqlarımız" mövzusunda hazırladığı təqdimatdan

3a sinfinin şagirdləri "Yaşasın hüquqlarımız" mövzusunda təqdimat hazırlamışdılar. Təqdimatda aşağıda qeyd etdiyimiz mövzulara toxunulmuşdur.Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır.Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur.Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və psixoloji xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə şəkillənmişdir. Hal-hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu il tarixində Birləşmiş Millətlər tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyadır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi