"Övladımızı yaxşı tanıyaq ki, onu itirməyək!"

09.04.2015 ci il tarixində məktəbin psixoloqu Rzayeva Xavərin təşəbbüsü ilə muəllimlərlə birgə “Uşaq intiharı. Risk qrupunda olan uşaqlar.” mövzusunda treninq kecirilmişdir. BMT - nin hesabatlarına görə son illər yeniyetmələr arasında suisid cəhdlərinin kəskin surətdə artması bu treninqin keçirilməsini gündəmə gətirdi. Bizim ölkədə də bu problemlə üzləşir. Hər il 50-dən cox yeniyetmə intihar edir. Intihar hallarının baş vermə səbəbi çox şaxəli olduğu üçün ondan sigortalanmaq o qədər də asan deyildir. Bu hallar həm maddi durumu aşağı səviyyədə olan, həm də imkanlı ailələrdə böyüyən uşaqlar arasında baş verir. Şəhər və ya əyalətlərdə yaşamaq da bu problemdən heş kimi sığortalamır. Treningin məqsədi müəllimlərlə yeniyetməni intihara sövq edən səbəbləri, risk qrupuna aid olan üşaqları, onlar da baş verən dəyişiklikləri, böhran yaş dövründə müəllim – şagird münasibətlərini açıqlamaq idi. Treninqdə bu barədə müzakirələr aparılmış, geniş diskusiya keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi