Pedaqoji Şuranın növbəti iclası keçirilib

 

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” nın təsdiq edilməsi barədə 18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli kollegiyanın qərarının icrası məqsədilə yanvarın 21-də 245 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın növbəti onlayn iclası keçirilib.

Məktəbin direktoru Arzu Azadəliyeva ll-XI siniflər üçün məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı qaydalar haqqında məlumat verdi.  Qaydalar müəllimlərə izah olundu. Sinif rəhbərlərinə dərslərə mütəmadi qoşula bilməyən şagirdlərin valideynləri ilə söhbət apararaq həmin şagirdlərin qiymətləndirmədə iştirakını təmin etməyi və internetə çıxışı olmayan şagirdlərin siyahısını dəqiqləşdirilərək məktəb rəhbərliyinə təqdim olunmasını  tapşırdı. Qiymətləndirmə müddətində şagirdlərin kamera və mikrofonları açıq saxlanılmasını, qiymətləndirmə vasitəsinin hər bir fənn üzrə I yarım il ərzində həyata keçirilən məzmun standartları əsasında tərtib olunmasını, sualların  4 çətinlik  səviyyəsində  hazırlanmasına və qiymətləndirmə nəticələrinin 100 ballıq şkala ilə ölçülməsinə xüsusi diqqət etməyi qeyd etdi. Direktor müavinləri və fənn müəllimlərinin təklifləri dinlənildi, onların suallarına aydınlıq gətirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi