Qanlı yanvar hüzn günü olduğu qədər, qürur günüdür

Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülür. Tariximizə, xalqımızın qan yaddaşına əbədi həkk olunan belə səhifələrdən biri də 1990-cı ilin 20 yanvarıdır.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Bugünkü müstəqil Azərbaycan vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna, xatirəsinə ən böyük abidədir.

Ümumxalq Hüzn Günü” ilə əlaqədar ingilisi dili müəllimi İradə Cəfərovanın təşkilatçılığı ilə 8 b sinfində şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə xalqımıza məxsus tarixi torpaqları geri qaytaran, İkinci Vətən müharibəsində iştirak etmiş qazilərimiz də iştirak ediblər. Qazilərimiz müharibə təəssüratlarından, yaralanmalarından söhbət açıb. Azərbaycan torpaqlarının azad edilməsinin onlar üçün şərəf, fəxarət olmasını qeyd ediblər.

Pərvin Həsənov Allahverdi oğlu döyüşlərə könüllü olaraq qatılıb. Fizuli, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.

Feyzullazadə Mircəlal Mirtağı oğlu aprel döyüşlərində və II Qarabağ müharibəsinde iştirak edib. Fizuli, Xocavend istiqametlerde döyüşüb, Xocavənddə yaralanıb güllə yarası alıb.

Məmmədov Elmar Maksud oğlu Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı isdiqamətlərində döyüslərdə olub. Qubadlı istiiqamətində gedən döyüşlərdə yaralanıb.

Bəhmənli Mirbəhmən Mircəfər oğlu II Qarabağ müharibəsində iştirak edib. Fizuli, Xocavənd istiqamətlərində döyüşüb. Xocavənd istiqamətində gedən döyüşdə qəlpə yarası alıb.

Anım tədbirində çıxış edənlər 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıblar. Həmçinin bu hadisənin Azərbaycan tarixindəki yeri və rolundan danışıb, milli nöqteyi-nəzərdən əhəmiyyətindən söz açıblar.

Məkətbin direktoru Arzu Azadəliyeva çıxışında qeyd edib ki, Azərbaycan tarixinə 20 Yanvar - müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunub. Bu hadisə qanla yazılsa da, şanlı tarix salnaməsidir. Xalqımız bu günü böyük minnətdarlıqla qeyd edərək gələcək nəsillərə ötürülməsini təmin edir. Ona görə də 20 Yanvar – Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaq.

Ötən savaşdan 30 ilə yaxın vaxt keçsə də, yurda qurban gedən şəhidlərin vətənpərvər övladları torpaq sevincini, Qarabağ sevgisini unutmadıqlarını nümayiş etdirdilər. Onlar bütün dünyaya bariz şəkildə göstərdilər ki, Vətən Azərbaycan oğlu üçün hər şeydən öndədir və bölünməzdir. Onlar Vətənin, doğma yurdun Azərbaycan ovladı üçün necə müqəddəs olduğunu və həmin hissləri xalqımızın yaddaşından heç bir qüvvənin silə bilmədiyini bir daha sübut etdilər. Can verib, qan töküb ana torpağı yağı düşmənin əsarətindən xilas edən şəhidlərin məqamı ən uca mərtəbədədir. 

    Çox xoşbəxtik ki, bu qələbə ilə şəhidlərin qisası alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi