Tarixin dönüş anı


     15 iyun Milli Qurtuluş Günü.  
Tarixin yaddaşına möhürünü vurmuş fövqəladə şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla, rəğbətlə xatırlanır. Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqınının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 1993-cü il iyunun 9-da Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Bu gün o uğurlu yolun ildönümüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi