Uğur motivasiyasi

Dövlət İmtahan Mərkəzi 1 mart 2020-ci il tarixində  Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirdi. Həmin gün ümumilikdə 39 966 şagirdi imtahan verdi. Bu səbəbdən də fevral ayının  son həftəsi 9-cu sinif şagirdləri üçün olduqca həyəcanlı keçdi. Hər kəsi martın 1-i baş tutacaq imtahanın həyəcanı bürümüşdü. Məhz bu səbəbdən məktəbin psixoloqu Xavər Rzayeva akt zalında 9-cu sinif şagirdləri ilə görüş keçirdi.

“ Uğur motivasiyasi”  adlı görüşün məqsədi şagirdləri imtahan stressindən azad etmək, onları pozitivə kökləmək, onlarla uğur qazanmağın sirlərini paylaşmaq idi. Uğur motivasiyası bizi müəyyən istiqamətə yönəldən və müxtəlif fəaliyyətlərə sövq edən daxili hissdir. Öyrənmə və motivasiyanın hər ikisi performans üçün çox vacibdir: öyrənmə bizə bilik və bacarıqlar əldə etməyə, motivasiya isə öyrəndiklərimizi tətbiq etməyə təkan verir. Motivasiyalı insanlar daha yüksək nəticələr əldə edirlər.

Şagirdlərin də aktiv iştirak etdiyi görüşdə  “Uğurun sirri”, ”İmtahanlarda necə uğur qazanmalı” ,  ”Uğur qazanmaq üçün nə etməli” kimi mövzularda diskussiyalar aparıldı,  uğurlu insanların keçdikləri mübarizə dolu həyat yolu haqqında hazırlanmış təqdimat izlənildi.

Motivasiyanın xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıdığını qeyd edən Xavər xanım şagirdlərin fikirlərini dinlədi,  onlara öz dəyərli məsləhətlərini verdi, hər birinə  həftəsonu baş tutacaq imtahanda bol-bol uğur arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi