Gözlə bizi, Xocalı

Xocalı faciəsinin ildönümü həftəsində məktəbimiz bir-birindən maraqlı tədbirləri ilə müəllim, şagird və valideynlərin diqqətini öz üzərinə toplamağı bacardı. Həftə ərzində keçirilən tədbirlərə Hüseynova İradənin 6k sinfi ilə hazırladığı “ Xocalı harayı” adlı tədbir də əlavə olundu.

Tədbirdə Xocalı faciəsi haqqında geniş çıxış edildi, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən söz açıldı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti diqqətə çatdırıldı.  Daha sonra şagirdlərin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün yaradılan anım guşəsini ziyarət etməklə davam etdi.

 Tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən kitab, şəkil və rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Soyqırımın dəhşətlərini özündə əks etdirən tarixi fotolar, stendlər, hər kəsdə böyük kədər, intiqam hissi doğurdu . Şəhidlərimizin ruhunu yad etmək üçün yandırılmış şamların önünə qərənfillər düzüldü, onların ruhu qarşısında baş əyildi.

Anım mərasiminə məktəbimizin İngilis dili müəllimi İradə Cəfərova öz yetirmələri olan 7b və 4 a sinif şagirdləri ilə davam etdi.  Şagirdlər tər qərənfilləri anım guşəsinə qoydular, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.

Anim mərasimi günboyu davam etdi. Hər kəsin əlində qərənfil, gözündə kədər, qəlbində o torpaqlara geri dönmək arzusu var idi.

Gözlə bizi, Xocalı... Əlbət sənin də dağlarında lalələr açacaq bir gün...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi