Unutmarıq, unutdurmarıq

Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlərin keçirilməsi davam edir. Təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 26.02.20 tarixində  Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tarix müəllimlərimiz Rəhimova Şəhla və Quliyeva Məhsətinin təşkilatçılığı, 8-ci sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” təşkil edildi.

Şagirdlər Xocalı soyqırımı haqqında geniş diskussiya apardılar, tarixi faktları xatırlatdılar, bu faciənin dunya mətbuatında, xarici ölkələrdə doğurduğu əks-sədanı müzakirə etdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıldı. Ən dəhşətli faktlardan biri də əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması idi. . Dəyirmi masa iştirakçılarına Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olundu.

Tədbirin sonunda müəllimlər öz şagirdlərinə bu vəhşiliyi heç vaxt unutmamağı, düşmənlərini yaxşı tanımağı tövsiyə etdilər. Onlar üçün dinləməsi belə qorxulu olan hadisələri soydaşlarımızın yaşadığını təəssüf hissi ilə vurğuladılar. Tədbir şəhidlərimizin ruhunun bir deqiqəlik sükutla yad edilməsi ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi