Qisas qiyamətə qalmaz

Dünən Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin önünə toplaş. Məktəbimizin direktoru Arzu Azadəliyevanın rəhbərliyi altında müəllim-şagird kollektivi də adı keçən anım mərasimində iştirak etdi.

       Anım mərasiminə təhlükəsiz getmək üçün məktəb rəhbərliyi tərəfindən avtobus təşkil edilmişdi. Təyin edilmiş vaxtda hər kəs məktəbin həyətinə toplaşdı və öz mənəvi borcunu ödəmək üçün yola düşdü. Yol boyu şagirdlərə Xocalı soyqırımı haqqında müxtəlif məlumatlar verildi,  bu cinayət aktının beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini alınması üçün aparılan işlərdən danışıldı.

Yol boyu əllərində çiçəklərlə abidə önünə can atan insan izdihamı müşayiət edilirdi. Hər kəs çiyin-çiyinə, yan-yana abidə önünə yürüşə qatılırdı. Təklər on, onlar yüz, yüzlər min olmuşdu.

Məktəbimizin kollektivi də bu birlik yürüşündə iştirak etdi,  abidə önünə çiçək dəstələrini qoydu, şəhidlərimizin ruhu önündə baş əydi. Şagirdlərimiz - sabahın əsgərləri qisas andı içdilər. Əlbət bu günahsız canların qisası qiyamətə qalmaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi