Ana dilim-doğma dilim

 Ana dili hər bir xalqın  milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Xalqın keçdiyi tarixi yol, onun mənəvi kimliyi, mədəni səviyyəsi, milli irsi birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də  millətin varlığının yaşadılması, onun milli-mənəvi sərvətlərinin nəsildən nəslə keçirilməsi üçün əsas vasitələrdən biri hesab olunur. Dilini itirən xalq əvvəl-axır məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili də bizə dədə-babalarımızdan qalan müqəddəs əmanətdir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimizin füsünkarlığını, zənginliyini, axıcılığını qoruyaraq gələcək nəsillərə ötürülməlidir. 

21 fevral  bütün dünyada Ana dili günü kimi qeyd olunur. Bu münasibətlə məktəbimizin ibtidai sinif müəllimi  Rəhimova Mailə müəllimin təşkilatçılığı və 2d sinif şagirdlərinin iştirakı ilə  "Ana dilim-doğma dilim" adlı tədbir baş tutdu. Tədbirdə balaca fidanların səsləndirdikləri şeirlər, mahnılar, monoloqlar dinləyənlərə duyğu dolu anlar yaşatdı. Keçirilən tədbir ana dilimizin zənginliyini gözlər önünə sərməklə yanaşı, onun əmin əllərdə, sevən dillərdə olduğunu da sübut etdi.

Tədbirin sonunda balaca fidanlar öz nəğmə sovqatları ilə tamaşaçıları yüksək əhval-ruhiyyəyə köklədi. Tədbir iştirakçıları onlara bəxş olunan bu xoş dəqiqələrə görə 2 d sinfini və onların sinif rəhbərlərini təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi