Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri

Ixtisas seçimi ərəfəsində olan şagirdlərə kömək məqsədi ilə məktəblərdə ixtisas seçimi, peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün xüsusi təbliğat qrupları yaradılıb. Təbliğat işinə məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər təşkil edilir. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.

Bu məqsədlə 21.02.02 tarixində Dövlət Məşğulluq Xidmətinin böyük məsləhətçisi  Babək İsgəndərovun iştirakı ilə məktəbimizin akt zalında peşəyönümü istiqamətində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəbin rəhbər, müəllim heyəti və IX-XI sinif şagirdləri iştirak edib.

 Tədbir zamanı şagirdlərin şüurlu yaradıcı əməyə hazırlanması məqsədilə onların peşə seçiminə düzgün köməklik göstərilməsi, insan kapitalının inkişaf etdirilməsi üçün təhsil və peşəyönümü fəaliyyətinin vacibliyi haqqında, peşə seçimində yol verilən səhvlər hqqında məlumat verildi. Belə ki, hər bir şəxs peşəsini seçərkən məsuliyyətli olmalı, hansı istiqamətdə olursa olsun öz xidmətini layiqincə yerinə yetirməlidir. Bunun üçün də gənclər peşə seçərkən həm əmək bazarını, həm də öz istəklərini nəzərə almalıdır. Məcburi vəziyyətdə seçilmiş peşə heç bir fayda verməz.

Şagirdlər fəaliyyət sahələri təsnifatı, peşə seçimində əməkdaşlıq və məsləhətləşmənin rolu, əmək bazarının vəziyyəti ilə tanış edildi. Peşə bacarığı və qabiliyyətlərinin formalaşdırılması, peşəyönümü fəaliyyətinin təməl prinsipləri tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi