AzTU-da bir gün

İnsanın müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməsi onun ən üstün keyfiyyətlərindəndir. Bu seçimlər içərisində peşə, ixtisas seçimi həyat üçün ən zəruri seçimlərdən biridir. Lakin insan hər zaman bu seçimi istədiyi kimi edə bilmir. Bunun əsas səbəblərindən biri peşə, ixtisas seçiminin hansı istiqamətdə apara biləcəyi haqqında onun müəyyən biliyə, məlumata malik olmamasıdır.  (Müseyib İlyasovunun kitabından sitat)

21.02.20 tarixində məktəbimizin 10a və 11a sinif şagirdləri, müəllimləri Rövşən Həsənov və Ramiz Fətullayevin rəhbərliyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) “açıq qapı” günündə iştirak etdilər.  Məqsəd məhz ixtisas seçimində onların mütəxəssislər tərəfindən düzgün istiqamətləndirilməsi idi.

Görüşdə AzTU-nun Texniki işlər üzrə prorektoru İsa Xəlilov şagirdlərə universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə, aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş  məlumat verdi. Universitetin ilk dəfə 1897-ci ildə yaradılan texniki məktəbin nəzdində fəaliyyətə başlaması haqqında maraqlı faktlarla çıxış etdi. O, bildirib ki, universitetdə texniki ali təhsilin bütün istiqamətlərində elmi potensial yaradılıb və kadr hazırlığı həyata keçirilir. İsa Xəlilov sənayemizdə, fabrik və zavodlarımızda mühəndis kadrlara böyük ehtiyac olduğunu vurğuladı, məktəbliləri texniki ixtisaslara üstünlük verməyə çağırdı.

Sonra məktəblilər universitetin laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, kompüterləşdirilmiş imtahan mərkəzləri, kitabxana, müxtəlif auditoriyaları ilə tanış oldular. Ekskursiya prosesində İslam Hüseynov Texniki silahqayırma, Qoşqar Rəsulov Maşınqayırma haqqında şagirdlərə geniş məlumat verdilər. Aldıqları məlumatlar, laboratoriyalarda avadanlıqlarla praktiki tanışlıq, həmçinin avadanlıqların işə salınması şagirdlərdə çox böyük təəssurat yaratdı.

Görüşdə məktəbimizin məzunu, Texniki Universitetin əməkdaşı Sona Məmmədova, Tədris hissə müdiri Qəmər isayeva da iştirak edirdilər. Onlar, elm və texnikanın bu qədər inkişaf etdiyi bir dövrdə AzTu-da alınacaq təhsilin şagirdlərin gələcək karyeralarında nə kimi rol oynayacagıni bir daha qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi