20 Yanvar tədbiri

    Şəhid olan kəs bir yanar şama bənzəyir. O, yanaraq ətrafdakıları, cəmiyyəti isidir, onlara işıq bəxş edir. Lakin özü aradan gedir. Gedir, amma ətrafdakıları, cəmiyyəti yaşadır. Tarixən şəhidlər bizim millətin yanar şamı, millətin qeyrət və namus katalizatoru rolunu oynamışlar.  Hər il olduğu kimi bu il də 20 Yanvar şəhidlərinə matəm saxlamaqla, bir millət kimi yenidən şücaət və qeyrət məktəbini xatırlayırıq. Yenidən bir yumruq kimi birləşib, düşmənə qarşı intiqam hissi ilə alovlanırıq. 

     17.01.2020-ci il tarixində məktəbdə 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirin ərsəyə gəlməsində  7a və 8k sinif şagirdlərinin böyük rolu olmuşdur. Onlar kiçik kopmpozisiyalar hazırlayaraq 20 Yanvar gününü ehtiramla yad etmişlər, həmin günün ağrı-acısını, şiddətini öz rolları ilə aşılamağa çalışdılar. Tədbirdə əməyi keçən, Azərbaycan dili və ədəbiyyat müəllimləri Albuşova Sevinc, Əhmədova Könül və Rus dili və ədəbiyyat müəllimin Məlahət Ağayevaya təşəkkür edirik. Tədbirdə məktəbin direktoru Azru Azadəliyeva, təşkilatçı direktor müavini Rübabə Əhmədova və "Məktəblinin dostu" layihəsinin qrup rəhbəri Həsən Əhmədov iştirak etmişdir. Sonda Azru Azadəliyeva tədbir haqqında öz fikirlərini bildirmiş, bu günümüz üçün şəhidlərə borclu olduğumuzu vurğulamışdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi