KEA-nın növbəti sessiyası

17.01.2020 tarixində məktəbimizdə fəaliyyət göstərən KEA-nın növbəti sessiyası keçirildi. Sessiyanın ilk çıxışları dərman bitkiləri, onların xeyirli və ziyanları tərəfləri ilə bağlı idi. Şagirdlər əyani olaraq həmin bitkilərdən hazırlanmış çayları iştirakçılara təqdim etdilər. 9-cu sinif şagirdləri öz hazırladıqları "Rüb qiymətinin hesablanması üçün proqram"-ı və kalkulyator proqramını təqdim etdilər. Daha sonra KEA-nın prezidenti Həşimzadə Həmid və üzvü Babayeva Fatimə bir-birindən maraqlı təkliflərlə çıxış etdilər:
1) Məktəbdə "Apollon" adlı məktəb ansamblının yaradılması. Belə ki, onlar məktəbin musiqi təhsili olan şagirdlərindən ibarət ansambl yaratmaq istəyirlər.Bu ansambl məktəbin bir çox tədbirlərində çıxış edəcək və məktəbi musiqi müsabiqələrində təmsil edəcəklər.
2) "Sağlam ruhlu olaq!" adlı mənəvi-maarifləndirici silsilə layihələr.Məktəbin könüllü siniflərindən yaradılmış komanda ehtiyacı olan ailələrə, xəstələrə, kimsəsiz uşaqlara yardım edəcək. Həmçinin, şagirdlərdə bitkilərə, heyvanlara qarşı düzgün davranış öyrədiləcək. Məqsəd şagirdlərin mənəvi cəhətdən sağlam böyümələrinə dəstək olmaqdır.
3) "Qiraət müsabiqəsi". Məktəbin 5-11-ci sinifləri arasında qiraət müsabiqəsi keçiriləcək. Müsabiqədə şagirdlərin oxuma, düzgün intonasiyanın seçilməsi və s. bacarıqları nəzərə alınacaq.
4) "Retro həftəsi". "Retro həftəsi" ərzində məktəbin akt zalında retro filmlər nümayiş olunacaq, dəhlizlərdə retro musiqilər səsləndiriləcək.
5) "Mədəniyyət həftəsi" .Novruz bayramına həsr olunacaq bu həftə ərzində məktəbin dəhlizlərində şagirdlər öz bölgələri, bu bölgələrin mədəniyyəti, tarixi haqqında məlumatlarını digər şagirdlərlə bölüşəcəklər.
6) *"Kiçik jurnalistlər"* adlı kitab.Yazı bacarıqları olan şagirdlərimiz tarixi, elmi və ya aktual məsələləri əhatə edən məqalələr hazırlayırlar.Sonda toplanmış ən maraqlı məqalələr kitab şəklində çap olunur.
Layihələr məktəb rəhbərliyi və müəllimlər tərəfindən dinlənildi və tezliklə həyata keçirilməsini təklif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi