Bakıda Peşəkar Təlim və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə HİPPO beynəlxalq ingilis dili olimpiadası keçirilib.
245 saylı tam orta məktəbin 4 m sinif şagirdi Mələk Niftəliyeva öz yaş qrupu üzrə 8-ci Hippo Beynəlxalq İngilis Dili Olimpiadasında dünya üzrə I yerin qalibi olmuşdur. HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası 2020-ci ildə ilk dəfə olaraq Peşəkar Təlim və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana gətirilib.
Olimpiada 3 mərhələdən ibarətdir və 6-19 yaş aralığında olan şagirdlər üçün nəzərdə tutulub. Olimpiada kateqoriyaları şagirdlərin yaş qrupuna və dil səviyyəsinə uyğun olaraq tənzimlənir.
Final mərhələsi İtaliyada keçirilməsi nəzərdə tutulsa da pandemiya ilə əlaqədar onlayn keçirilmişdir. Mələyi məktəb rəhbərliyi adından təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.