“Uşaq hüquqları: inkişaf və perspektivləri” adlı tədbir keçirildi

23.11.2018-ci il tarixində 7 “A” sinif şagirdlərinin iştirakı ilə “Uşaq hüquqları: inkişaf və perspektivləri” adlı tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Günay Əhmədova və tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva mövzu barəsində şagirləri məlumatlandırdılar. Diskussiya şəraitində keçən tədbirdə G.Əhmədova və A.Vəliyeva şagirdləri maraqlandıran sualları cavablandırdılar.