Əlifba bayramına həsr olunmuş “Мир сказок” adlı tədbir keçirildi

12 iyun 2018-ci il tarixində akt zalında məktəbin ibtidai sinif müəllimi Nigar Quliyevanın rəhbərlik etdiyi 1Ç sinfinin Əlifba bayramına həsr olunmuş “Мир сказок” adlı tədbiri keçirildi.Tədbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.Nağıl abu-havasında keçən tədbirdə şagirdlər dərs ilinin sonunadək aldıqları bilik və bacarıqlarını nümayiş etdirərək şeirlər söylədilər, maraqlı səhnəciklər göstərdilər və rəqs etdilər. Şagirdlərin hər bir çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
A.Rəsulov da öz növbəsində birinciləri Əlifba bayramı münasibətilə təbrik etdi, onlara gələcək təhsil illərində uğurlar arzuladı. Sonda şagirdlər birinci sinfi bitirmələrinə görə diplomla təltif olundular.