“Narkomaniyaya yox deyək!” adlı “Dəyirmi masa” keçirildi

23 aprel 2018-ci il tarixində 8A sinfində bəşəriyyətin ən qorxunc bəlasına çevrilmiş və hər bir gəncin potensial namizəd olduğu zərərli vərdişlərdən qorunmanın yolları haqqında və onlarda sağlam həyat tərzinin formalaşdırması məqsədi ilə “Narkomaniyaya yox deyək!” adlı “Dəyirmi masa” keçirildi. Mövzu barədə məktəbin direktor müavini Aybəniz Vəliyeva və tarix müəllimi Elnarə Nuriyeva öz fikirlərini bildirdilər. Şagirdlərin də çıxışları dinlənildi və hazırladıqları “Narkotikə yox deyək!” adlı slayd nümayiş olundu.