20 yanvar faciəsinə həsr olunmuş “Dəyirmi masa” keçirildi

           Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, məfkurəmizin azadlıq istəyən oyanış günü olan 20 Yanvar faciəsini Respublikamız hər il ümumxalq hüzn günü kimi geniş şəkildə qeyd edir. Bu məqsədlə 18 yanvar 2018-ci il tarixində məktəbin tarix müəllimi Elnarə Nuriyeva 8A sinif şagirdləri ilə birlikdə  20 yanvar faciəsinə həsr olunmuş “Dəyirmi masa” keçirdi.Eyni zamnada tədbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Aybəniz Vəliyeva və Günay Əhmədova da iştirak edirdilər. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər bu faciə haqqında topladıqları məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Müəllimlər və məktəbin direktoru A.Rəsulov çıxış etdilər. A.Rəsulov öz çıxışında  həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını və 20 Yanvar faciəsini bütün dünyanın təsdiqlədiyini qeyd etdi. Sonda şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş slaydı nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi