Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni” mövzusunda “Dəyirmi masa” keçirildi

Bu il sentyabr ayından etibarən Azərbaycan opera sənətinin karifeyi Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə başlanıldı. Belə ki, 20 dekabr 2017-ci il tarixində gözəl pedaqoq, icitami xadim, ömrü boyu vokal sənətinin inkişafı naminə əzmlə çalışan Şövkət Məmmədovanın yubileyinə həsr olunmuş “Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Şövkət Məmmədovanın həyat və yaradıcılığı haqqında məlumatlar dinlənildi. Məktəbin musiqi müəllimi Sevinc Hüseynova Şövkət Məmmədovanın dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazdığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Tədbirdə sənətkarın ifa etdiyi “Mən bir güldüm”, “Küsmüşəm səndən”, “Heç kəsi mən görmədim”, “Üsküdar” mahnıları dinlənildi.

Şövkət Məmmədovanın tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi