Nümunə dərsi dinlənildi

15 dekabr 2017-ci il tarixində 2C sinif rəhbəri , eləcə də Azərbaycan bölməsinin metodbirləşmə sədri Günay Sədiyevanın riyaziyyat fənnindən “Pullarımız: qəpik və manat” mövzusunda nümunə dərsi dinlənildi. Dərsdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Aybəniz Vəliyeva, Səlimə Cəlilova və müəllimlər iştirak edirdilər.Yeni təlim üsullarından səmərəli istifadə etməklə müəllim dərsi müvafiq istiqamətdə apardı.Müəllim müasir təlim üsullarından: informasiya – kommunikasiya texnologiyalarından və elektron dərs vəsaitlərindən istifadə etməklə qoyulmuş problemi həll etmək üçün müxtəlif metodlardan çevik və məqsədəuyğun istifadə etdi. Sonda rəy və təkliflər dinlənildi.