İbtidai siniflər də ulu öndər Heydər Əliyevi yad etdilər

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu öndərin xatirəsini əbədiləşdirmək məqsədi ilə məktəbimizin ibtidai sinif şagirdləri bir sıra tədbirlər keçirdilər.
Solmaz Canıyevanın rəhbərlik etdiyi 4A sinfi, Bəyim Əliyeva isə 2A sinfi ilə məktəbin Heydər Əliyev guşəsində toplandılar, onun həyat və fəaliyyəti haqqında çıxışlar etdilər və şeirlər söylədilər. Tədbirdə məktəbin direktoru Akif Rəsulov və direktor müavinləri Səlimə Cəlilova, Aybəniz Vəliyeva iştirak etdilər.
Birincilər də bu günü özlərinə məxsus qeyd etdilər. 1A sinfinin rəhbəri Şərqiyyə Dadaşova sinif saatında Ulu öndərimizin uşaqlıq və gənclik illəri, xalq yolunda göstərdiyi işlərlə bağlı söhbətlər apardı. Şagirdlər də Heydər babaları haqqında bildiklərini, eşitdikləri məlumatları danışdılar və sonda şeirlər söylədilər.