"Qızıl payız" adlı rəsm sərgisi nümayiş olundu

Ənənəmizə sadiq qalaraq bu ildə məktəbimizdə 14 noyabr 2017-ci il tarixində təsviri incəsənət müəllimi İradə İmanovanın rəhbərliyi ilə növbəti rəsm sərgisi nümayiş olundu. Məktəbimizdə fəaliyyət göstərən “Şən palitra” dərnəyinin budəfəki sərgisi payız fəslinə həsr olunmuşdur. Sərginin adı “Qızıl payız” adlanırdı. Rəsmlər dərnəyin üzvləri: Leyla Bayramova, Günəş Məhərrəmli, Fatma İsmayılova, Nikita Şvetsov, Səadət Pənahova, Nərgiz Cəfərova, Gülər Hüseynova, Şəhla Mərdəliyeva tərəfindən çəkilmişdir.