“Ətraf mühitə dost və təhlükəsiz məktəb” adlı layihəsi çərçivəsində görüş təşkil olundu

28 oktyabr 2017-ci il tarixində “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyinin sədri Ziya Qafarov öz əməkdaşları ilə birlikdə “Ətraf mühitə dost və təhlükəsiz məktəb” adlı layihəsi çərçivəsində məktəbin 6, 7, 8-ci sinif şagirdləri ilə görüş təşkil etdilər. Məktəbin direktoru Akif Rəsulov qonaqları salamladı və bu layihəyə qoşulmağımızın əhəmiyyəti barədə şagirdləri məlumatlandırdı.Şagirdlər “Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsi haqqında geniş məlumat aldılar.Birliyin əməkdaşları şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırdılar. Şagirdlər böyük məmnunniyətlə bu layihəyə qoşulmaq istədiklərini bildirdilər. Onu da qeyd edək ki, birliyin əməkdaşı bizim məktəbin məzunu Tural Məhərrəmov idi. Sonda şagirdlər arasında test sorğusu keçirildi. Sorğunun məqsədi bu layihədə iştirak edəcək otuz şagirdin seçilməsi idi. Məktəbin “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi ilə əmədaşlığı davam edəcək, qarşıda bizi maraqlı tədbir və layihələr gözləyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi