“Ekoloji məhkəmə” adlı tədbir keçirildi

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirmişdir. Bu istiqamətdə əsas 9 hədəf nəzərdə tutulmuşdur. Layihə çərçivəsində 2016-2017-ci tədris ilinin yanvar ayından etibarən hər təqvim ayı məktəbimizdə ekoloji istiqamətdə bir mövzu ilə bağlı tədbir keçirilmişdir. 9 iyun 2017-ci il tarixdə isə akt zalında məktəbimizin coğrafiya müəllimi İradə Hacıyevanın rəhbərliyi altında 1 “C” , 7”A” , 7”B” , 8”A” və 9 “A” sinif şagirdlərinin iştirakı ilə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yekun tədbir keçirildi. Tədbir “Ekoloji məhkəmə” adlanırdı. Tədbirin məqsədi bəşəriyyətin atmosfer, hidrosfer, litosfer və biosferə vurduğu ziyanlar nəticəsində bütün coğrafi təbəqələrin ekoloji tarazlığının pozulmasına qarşı düzgün istiqamətin seçilməsidir. Bunun qarşısını almaq üçün iddiaçılar dəlil və sübutları ilə bəşəriyyəti günahlandırırlar. Bəşəriyyətin vəkilləri isə çalışırlar ki, etdikləri təbii və ekoloji pozulmaların qarşısında özlərini haqlı çıxarsınlar. Sonda coğrafi təbəqələr dünyaya problemlərini çatdırmağa çalışdılar. Bəşəriyyət söz verir ki, insanlığı ,cəmiyyəti və təbiəti qorumaq məqsədilə bu tarazlığın bərpasına çalışacaqdır. Sonda məktəbin direktoru Akif Rəsulov çıxış etdi, mövzu ilə bağlı öz müsbət fikirlərini söylədi.