"Əlifba bayram"ı keçirildi

Hər bir uşağın həyatında əlamətdar bir hadisə olan “Əlifba bayramı”nın qeyd edilməsi məktəblərdə gözəl bir ənənəyə çevrilmişdir.Birincilər bu gün həyatda ən vacib addımlardan birini atırlar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Bu münasibətlə Nigarə Əliyevanın rəhbəri olduğu 1 "C" sinif şagirdlərinin hesabat xarakterli tədbiri həyata keçirildi. Məktəbə yenicə qədəm qoymuş birincilər müəllimlər və valideynlər qarşısında oxumaq bacarıqları ilə yanaşı, dövlət rəmzləri, vətən və ana haqqında şeirlərlə çıxış etdilər.Şagirdlər eyni zamanda “Turpun nağılı”nı müasir şəkildə səhnəcikləşdirdilər. Tədbir müxtəlif xalqların rəqs nömrələri ilə davam etdi.Bu rəqs nömrələrinin sırasına ispan, hind, rus və özbək xalqının rəqsləri daxil idi. Şagirdlər tədris ili boyu onlara hərfləri və rəqəmləri öyrənməyə yardımcı olan Azərbaycan dili və riyaziyyat dərsliklərini böyük sevinclə canlandırdılar. Sinif rəhbəri Nigarə Əliyeva günün xoş təəssüratlarını şağırdlərlə və tədbir iştirakçıları ilə bölüşdü.Tədbir şagirdlərin ifa etdiyi Azərbaycanın milli rəqsi olan yallı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi