"Sağlam həyat tərzi" mövzusunda "Dəyirmi masa" keçirildi

            2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də“Ekologiya və Sağlamlıq”dır. İstiqamətin seçilməsində əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir. Bu məqsədlə məktəbimizdə müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda həyata keçirilən layihənin may ayı üçün olan mövzusu “Sağlam həyat tərzi”dir. 25 may 2017-ci il tarixində məktəbin rus bölməsinin biologiya müəllimi Leyla Şirinova 10 "B" sinfi ilə birlikdə “Sağlam həyat tərzi” mövzusunda "Dəyirmi masa" keçirtdi. Mövzunun mahiyyəti barədə müəllim tədbir iştirakçılarını məlumatlandırdı. Şagirdlər mövzu ətrafında araşdırmalar aparmış, gündəlik həyatımızda tez-tez rast gəldiyimiz xəstəliklər barədə və onlardan qorunmağın yolları haqqında öz fikirlərini bildirdilər. 10 "B" sinif şagirdi Əminə Əsgərova mövzuya həsr etdiyi slaydı tədbir iştirakçılarına təqdim etdi. Hazırlanmış slayd tədbir iştirakçılarının böyük marağına səbəb oldu.Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva öz çıxışında müasir cəmiyyətdə gənc nəslin sağlam yetisməsinə mane olan ən kəskin problemlər sırasında yer alan pis vərdişlərin gənclər arasında daha geniş yayıldığını bildirdi. Şagirdlərə bu cür pis vərdişlərdən uzaq olmalarını məsləhət gördü və sağlam həyat tərzi ilə bağlı öz tövsiyyələrini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi