“Fövqəladə hadisələr zamanı nə etməli” adlı tədbir keçirildi

12.05.2017-ci il tarixində məktəbin akt zalında gənc nəsli dövlətçilik ruhunda tərbiyə etmək, məktəblilərin hərbi xidmətə hazırlığını yüksəltmək, müəllim-şagird heyətinin baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərini təkmilləşdirmək məqsədi ilə “Fövqəladə hadisələr zamanı nə etməli” adlı tədbir keçirildi. Tədbirdə məktəbin rus bölməsinin 5c, 5ç və 10c sinif şagirdləri iştirak etdilər. Çox maraqlı diskussiya şəraitində keçən tədbir iştirakçıların böyük marağına səbəb oldu. Göstərilən səhnəciklərdə şagirdlər baş vermiş fövqəladə hallar zamanı yarana biləcək çətin vəziyyətlərdən çıxış yollarını aydın şəkildə gördülər. Sonda məktəbin direktoru Akif Rəsulov çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi