Anım tədbiri keçirildi

10.05.2017-ci il tarixində ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məktəbin foyesində anım tədbiri keçirildi. Tədbirdə 1-ci sinif şagirdləri böyük sevgi və fəxr hissi ilə ulu öndərimizi yad etdilər, xatirəsinə həsr olunmuş şeirlər söylədilər. 1A sinfinin rəhbəri Əliyeva Bəyim dahi şəxsiyyət haqqında şagirdlərə geniş məlumat verdi. Sonda isə Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.