“Biz Sizdən öyrəndik qəhrəmanlığı” adlı tədbir keçirildi

Şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə 08.05.2017-ci il tarixdə məktəbin innovasiya otağında Azərbaycan xalqının qəhrəmanlıq tarixindən bəhs edən, azadlıq uğrunda mübarizəni əks etdirən filmlər nümayiş olundu. Filmlər əsasən generallarımız və milli qəhrəmanlarımız haqqında idi. Şagirdlər generalımız Həzi Aslanov və Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında filmi böyük maraqla izlədilər.