Xəzər universitetində Açıq qapı günü keçirildi

Aprelin 28-də Xəzər Universitetində Açıq qapı günü keçirildi. Bu məqsədlə məktəbimizin X və XI sinif şagirdləri universitetə yollandılar. Universitetin Mərmər zalında ixtisaslar və orda fəaliyyət göstərən mərkəzlər (xarici əlaqələr, karyera, psixologiya, kitabxana- informasiya və sair) üzrə masalar qurulmuşdu.Tədbiri universitetin rektoru Hassan Niknafs açaraq, şagirdlərə universitet haqqında ətraflı məlumat verdi. Onlar universitetin əməkdaşları tərəfindən geniş məlumatlandırıldılar və sualları cavablandırıldı.Şagirdlər Xəzər Universiteti haqqında videokliplərə baxdılar və onlara bukletlər paylanıldı. Orda nümayiş olunan stendlər şagirdlərdə böyük maraq doğurdu.Mərmər zalda tədbir başa çatandan sonra şagirdlər universitetlə tanış oldular. Elektronika, inşaat mühəndisliyi, biologiya, kompüter və digər laboratoriyalarda, Kitabxana - İnformasiya Mərkəzində şagirdlərə məlumat verildi və sualları cavablandırıldı. Şagirdlər Xəzər Universitetindən xoş təəssüratla ayrıldılar.