Açıq dərs keçirildi

25.04.2017-ci il tarixdə məktəbin ingilis dili müəllimi Maral Seyidəliyeva 6c sinfində “Planetlər” mövzusunda açıq dərs keçirdi. İKT vasitələri ilə fənn kurikulumu əsasında keçirilən dərs zamanı şagirdlər qruplara bölündü və hər qrupa planetlərlə bağlı maraqlı və düşündürücü suallar verildi. Şagirdlər sərbəst şəkildə tapşırıqları yerinə yetirərkən ingilis dili biliklərindən məharətlə istifadə etdilər. Dərsdə şagirdlərin bilik və bacarıqları meyarlar əsasında qiymətləndirildi. Keçirilən açıq dərsdə direktor müavinləri,fənn müəllimləri iştirak etdilər və dərsi müsbət qiymətləndirdilər.