İməcilik keçirildi

Bildiyiniz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Hal-hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində keçirilən fəaliyyətlərdən biri çərşənbə iməcilikləridir. Bu məqsədlə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulmuşdur. 28.02.2017-ci il tarixdə növbəti iməcilik od çərşənbəsinə həsr olundu. Şagirdlərə bu çərşənbə haqqında məlumat verildi, iməcilik keçirildi. İməcilik zamanı məktəbyanı sahə təmizləndi, ağacların dibi belləndi, suvarıldı və əhəngləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi