Məktəbdə həvəskar rəssamın sərgisi keçirilib

Məktəbimizdə bir çox istedadlı şagirdlərimiz var. Belə şagirdlərdən biri də VII a sinif şagirdi Abbasova Nərmindir. Nərmin hələ uşaq yaşlarından bu sənətə həvəs göstərir və gözəl rəsm əsərləri çəkir. 11.04.2016-cı il tarixində məktəbimizin foyesində Nərminin rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Nümayiş olunan əsərlərin mövzusu vətənimiz Azərbaycana, onun zəngin sərvətlərinə həsr olunmuş təbiət təsvirlərindən, natürmortlardan və s. ibarətdir. Sərgi müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılandı. Həvəskar rəssamın ilk sərgisi münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını, əsərlərinin daha böyük sərgi salonlarında nümayiş olunmasını arzu edirik.