Üçüncülərin Novruz Sevinci

18.03.2016-cı ildə Nəsimi rayonu 240 №-li tam orta məktəbin 3-c sinfində "Elimizə bahar gəlir " adlı tədbir keçirilmişdir. Şagirdlər Milli adət -ənənələrimizi əks etdirən rəqslər, səhnəciklər və müxtəlif oyunlar nümayiş etdirmişlər. Tədbirdə "Səməni müsabiqəsi" keçirilmişdir. Müsabiqə iştirakçıları müxtəlif formalarda düzəldilmiş səmənilər nümayiş etdirmişlər. Ən çox diqqət çəkən doğma Azərbaycanımızın xəritəsini əks etdirən səməni olmuşdur.