Murad, sənə uğurlar arzu edirik!

Məktəbimizin istedadlı şagirdlərindən biri də Həbibzadə Muraddır. Murad Nəsimi rayonu 240 №-li məktəbin IX sinif şagirdidir. Dərs əlaçısıdır. Savadı, tərbiyəsi , dünyagörüşü ilə yaşıdlarından fərqlənən Murad həm sinif yoldaşlarının, həm də müəllimlərin sevimlisidir. Arzusu həkim olmaqdır. Murad dərslərini əla oxumaqla yanaşı, həm də dərsdən kənar tədbirlərdə fəal iştirak edir. Asudə vaxtlarını səmərəli keçirən Murad idmanın üzgüçülük növü ilə məşğul olur. O, müxtəlif idman yarışlarında iştirak edərək, qələbə qazanmışdır. 23-24 fevral 2016-cı il tarixində Bayıl Su İdman sarayında keçirilən ölkə çempionatında uğurla çıxış edən Murad III yeri tutaraq, Gürcüstanın Tbilisi şəhərində üzgüçülük üzrə keçirilən açıq çempionata vəsiqə qazanmış və ölkəmizi uğurla təmsil etmişdir. Məktəbimizin şagird və müəllim kollektivi Murdaın uğurlarını diqətlə izləyir, onun qələbələrinə sevinir və onunla fəxr edir. Murada həm dərslərində, həm də idman sahəsində uğurlar arzu edir, səsinin olimpiya və dünya çempionatlarından gəlməsini diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi