Şagirdlər ekskursiyada

Nəsimi rayon İcra Hakimiyyətinin “Abidələr Günü “ ilə bağlı keçirilən tədbirində məktəbin ictimai fəallığı ilə seçilən şagirdləri də iştirak etdilər.
Ekskursiya Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Yanardağ tarixi məkanının ekskursiyası isə xüsusi maraq doğurdu.
Tədbirdə məktəbin şagirdlərinin çıxışları da yaddaqalan oldu. Onların ifasında mahnılar, ritmik musiqilər səsləndirildi. Şagirdlər gəzintidən xoş təəssüratlarla ayrıldılar.