Nailə müəllimə, sizi ürəkdən təbrik edirik!

İnsanın həyatda fəth etdiyi zirvələrə gedən yol məktəbdən başlayır. Bu yolun başlanğıcında isə müəllim dayanır. Məktəbimizin ingilis dili müəllimi Nailə müəllimə özünün işgüzarlığına, səmərəli pedaqoji fəaliyyətinə, peşəkarlığına görə həmişə fərqlənir. O, özünün işgüzarlığı və səmimiyyəti ilə məktəbin müəllim və şagird kollektivi arasında böyük nüfuza malikdir. Nailə müəllimə məktəbin ictimai həyatında da fəal iştirak edir. O, eyni zamanda 1999-cu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda da yaxından iştirak edir. Nəzarətçi-müəllim kimi çalışdığı müddətdə dəfələrlə onun nümunəvi işi qeyd edilmiş, ünvanına təşəkkür məktubları göndərilmişdir. Bu dəfə isə Nailə müəllimə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M. Abbaszadə tərəfindən 2016-cı il fevral ayında nümunəvi nəzarətçi müəllim kimi Fəxri Fərmanla təltif olunub. Biz, Nailə müəlliməni məktəbimizin pedaqoji kollektivi adından səmimi qəlbdən təbrik edir və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi