Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur.Bu gün, 26 fevral 2016-cı il tarixində, bütün respublikada olduğu kimi, məktəbimizdə də Xocalı faciəsinin 24-cü ildönümü qeyd olundu. Bu hüzün günü məktəbin akt zalında böyük anım tədbiri keçirildi. Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tarix müəllimi Mənsur Vəliyev çıxış edərək, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonra məktəbin şagirdləri səhnəciklərlə o dəhşətli anları canlandırdılar, Xocalıya həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu, soyqırıma həsr olunmuş video-çarxlar nümayiş etdirildi. Tədbirdə şagirdlərin Xocalıya həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirildi. Şagirdlərin hazırladıqları slaydlar nümayiş etdirildi.