RƏSM SƏRGİSİ

Məktəbimizdə öz istedadı ilə seçilən şagirdlərimiz çoxdur. Onların öz istedadını üzə çixarması, daha da inkişaf etdirməsi üçün məktəbimizdə hər cür şərait yaradılmışdır. Belə şagirdlərdən biri də VI sinif şagirdi Quliyeva Ülviyyədir. Ülviyyə gözəl rəsm əsərləri çəkir. 03.02.2016-cı il tarixində məktəbimizin foyesində Ülviyyənin rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Nümayiş olunan əsərlərin mövzuları çox müxtəlif idi. Burada 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirən rəsmlər, təbiət təsvirləri, natürmortlar və s. mövzular əks olunmuşdu. Sərgi müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılandı. Balaca rəssamı ilk sərgisi münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını, əsərlərinin daha böyük sərgi salonlarında nümayiş olunmasını arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi