Unutmayaq, unutdurmayaq!

20 yanvar faciəsinin 26-cı ildönümü Nəsimi rayonu 240 №-li məktəbdə geniş qeyd olunur. Bu məqsədlə məktəbdə silsilə tədbirlər planı işlənib hazırlanmışdır. Bu plana uyğun olaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarını ehtiramla yad etmək məqsədi ilə “Unutmayaq, unutdurmayaq” devizi altinda müxtəlif siniflərdə anma mərasimləri keçirildi. Siniflər al-qırmızı qərənfillərlə, şagirdlərin 20 yanvara həsr etdikləri əl işləri, şamlarla bəzədildi. Şagirdlər müəllimlərinin xalqın şanlı tarixi haqqında məlumatlarını dinlədi, o qanlı gecədən bəhs edən slaydları izlədilər. Şəhidlərin xatirəsi Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və yüz illər, min illər ötəsə də hər zaman hörmət və məhəbbətlə xatırlanacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi