Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq məktəbin kitabxanasında “Bu da bir tarixdir” adlı dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən müəllim və şagirdlər şəhidlərimizin qanı ilə yazılmış o şanlı tarixi yada saldılar. Şagirdlərin ifasında 20 yanvara həsr olunmuş şeirlər səsləndi. Məktəbin istedadlı şagirdlərinin əl işlərindən ibarət stend maraqla qarşılandı. Burada qanlı yanvarı əks etdirən müxtəlif rəsmlər nümayiş olundu.