Qanlı tarixin şanlı səhifəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq məktəbimizdə silsilə tədbirlər həyata keçirilmişdir. 19 yanvar 2016-cı il tarixdə məktəbimizdə ilk dərs 20 yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsinə həsr olundu. Tədbirlər planı çərçivəsində məktəbin akt zalında “Qanlı tarixin şanlı səhifəsi” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra məktəbin direktoru E. Məmmədova müəllimlər, şagirdlər və tədbirə dəvət olunmuş qonaqlar qarşısında çıxış edərək Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri haqqında məlumat verdi. O bildirdi ki, 20 Yanvar faciəsi, eyni zamanda həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Umummilli lider Heydər Əliyevin soylədiyi kimi, bu təcavuz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tədbir şagirdlərin çıxışları ilə davam etdi. Onlar tarixi faktları əks etdirən səhnəciklər nümayiş etdirdilər, şəhidlərə həsr olunmuş şeirlər, bayatılar söylədilər, qəhrəmalıq və vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.