“Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olduq!

21 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq, 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə adları sərəncamda qeyd edilən ümumi təhsil müəssisələri “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülür. Bu şərəfli ada layiq görülən məktəblər arasında Nəsimi rayonu 240 №-li məktəbin də olması, başda məktəbin direktoru E.Məmmədova olmaqla, bütün məktəb kollektivini çox sevindirdi. Məktəbin ilbəil artan uğurlarının Respublika rəhbərliyinin diqqətindən kənarda qalmaması, vətənin gələcəyi üçün layiqli şəxsiyyətlər yetişdirmək yolunda yorulmadan çalışan məktəb kollektivinin əməyinin yüksək qiymətləndirilməsi qəlbimizi qürur və fərəh hissi ilə doldurdu, eyni zamanda məsuliyyət hissini ikiqat artırdı. Bundan sonra daha həvəslə, məsuliyyətlə çalışacaq, bu şərəfli adı layiqincə doğrultmağa çalışacağıq. Onu da qeyd edək ki, bu bizim “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində ikinci qələbəmizdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbimiz 2008/2009-cu tədris ilində də “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinnin qalibi olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi