General Səməd Bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında 20.10.2015-ci il tarixli, 1012 №-li əmri əsas götürülərək, Nəsimi rayonu 240 №-li məktəbdə tədbirlər planı hazırlanaraqbir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, general Məmmədyarovun həyat və fəaliyyətini dərindən öyrənmək və şagirdlər arasında hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədi ilə tarix müəllimləri şagirdlərlə söhbətlər aparmış, mühazirələr təşkil etmişlər.O cümlədən, 18.12.2015-ci il tarixində məktəbimizdə ilk hərb nazirimiz, artilleriya generalı Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçirildi.Tədbirdə məktəbin müəllim və şagird kollektivindən başqa qonaqlar da iştirak edirdi. Bunlar, ehtiyatda olan zabit İsmayıl Həkimov və hərbi müxbir Şəmistan Əlizamanlı idilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru E. Məmmədova açdı. O, tariximizdə silinməz izlər qoymuş şəxsiyyətlərin unudulmamasının, onların şagirdlərə tanıdılmasının, Mehmandarov kimi vətən qarşısında böyük xidmətləri olan şəxslərin daim anılmasının müsbət hal olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olduğunu qeyd etdi. Sonra söz qonaqlara verildi. Onlar general Səməd bəy Mehmandarovun döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazması haqda danışdılar. Musiqili-bədii gecədə şagirdlər əfsanəvi generalın həyat və yaradıcılığını əks etdirən slaydlara baxdılar, Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik ruhunda mahnılar dinlədilər. S. Mehmandarovun həyatından maraqlı faktlar şagirdlərin ifasında səhnəciklər şəklində təqdim olundu və tədbirin iştirakçıları tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi