Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş tədbir

Bakı şəhəri 240№li tam orta məktəbdə Estetik Tərbiyə üzrə Tədris Metodik Mərkəzinin təşkilati dəstəyi ilə məktəbin əməkdaşlığı çərçivəsində görkəmli şair, dramaturq ,ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr edilmiş musiqili bədii gecə keçirildi.Tədbirdə Təhsil Nazirliyi, Estetik Tərbiyə üzrə Tədris Metodik Mərkəzi, Azərbaycan Müəllimlər qəzetinin müxbirləri Rəşad Ziyadov və Niyazi Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsü Dayandur Sezgin , Bakı şəhəri Texniki Yazıçılar Mərkəzinin direktoru Həsən Qaralov və başqaları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Məmmədova belə tədbirlərin şagirdlərin dünyagörüşündə ,həyata baxışlarında müsbət dəyişikliklər yaratdığını qeyd etdi. Musiqili-bədii gecədə şagirdlər B. Vahabzadənin həyat və yaradıcılığını əks etdirən slaydlara baxdılar, tamaşalarından parçaları oynadılar. Onların ifasında şairin zəngin yaradıcılığını əks etdirən poeziya nümunələri ,eləcə də sözlərinə bəstələnmiş mahnılar dinlənildi.